İspaniya la liqasında 13-cü turun son oyunu keçirilib.

Uğurlu nəticələri ikə diqqət çəkən debütant “Kadis” Viqoda “Selta”nın qonağı olub. Meydan sahibləri görüşə əla başlayıblar. Onlar artıq 6-cı dəqiqədə Nolitonun vurduğu qol sayəsində üstünlük qazanıblar. Viqo klubu ilk hissədə rəqibi daha 3 dəfə cəzalandırıb. 31-ci dəqiqədə Yaqo Aspas penaltini dəqiq yerinə yetirib. İlk hissənin yekunlaşmasına 2 dəqiqə qalmış Fran Beltran fərqi bir qədər fərqi artırıb. Çox keçmədən Brais Mendes də fərqlənənlər sırasına qoşulub. Beləliklə birinci hissəni Selta 4:0 hesabı ilə öndə başa vurub. Fasilədən sonra Kadis futbolçularının bütün cəhdləronə baxmayaraq təsəlli qolu da vurmaq mümlün olmayıb. Üstünlüyünü qoruyan Selta 4:0 hesabı ilə qalib gələrək ardıcıl 3-cü qələbəsini qazanıb.

Bununla viqolular xallarının sayını 16-ya çatdıraraq, 16-cı sıradan 9-cu pilləyə yüksəliblər. 2 xal çox toplayan Kadis 7-cidir.Turnir cədvəlinə 26 xalla “Real Sosyedad” başçılıq edir. Madrid klublarından “Atletiko” 26 xalla ikinci, “Real” 23 xalla 3-cüdür.